Putinlə Ərdoğan Qarabağı müzakirə edib

Rusiya Prezidenti Vladimir PutinTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Tərəflər Qarabağ məsələsini, xüsusilə, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər.

Bundan başqa, prezidentlər arasında Suriyadakı vəziyyət, koronavirus pandemiyası ilə mübarizə və digər məsələlər müzakirə mövzusu olub.//Trend