Şarl Mişel və Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər

Avropa Şurasının prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsi barədə fikir mübadiləsi aparıblar.

 Avropa İttifaqının mətbuat xidməti xəbər verir ki, prezidentlər telefon danışığı zamanı Liviyadakı vəziyyəti, həmçinin COVID pandemiyası, peyvəndlər və digər qlobal məsələləri müzakirə ediblər.//Trend