Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib ƏrdoğanFransa prezidenti Emmanuel Makron NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

Bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", - Makron deyib.

O bildirib ki, Türkiyəli həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, Suriyada, Liviyada yaranmış vəziyyət barədə danışmaq istəyir.//Trend