Samir Qurbanov vəzifəsindən ayrılıb

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bu gün vəzifəsindən ayrılıb. Bu haqda o, Agentliyin rəsmi facebook səhifəsində paylaşım edib. 

"Hörmətli dostlar,
Komandamla birgə əl-ələ verib sıfırdan qurduğum, öz övladım kimi əzizləyib yeriməyi öyrətdiyim, kollektivini öz ailəm saydığım Agentlikdən bu gün ayrılıram. 2 il bundan öncə bu məsuliyyətli vəzifəni mənim öhdəmə buraxan, mənə etimad göstərib bu rola təyin edən möhtərəm cənab Prezidentə və bu işdə mənə dəstək olan cənab nazirə dərin minnətdarlığımı bildirirəm. Fəaliyyət göstərdiyim 2 il ərzində qarşımıza çıxan çətinliklərə baxmayaraq yolumu davam etdirdiyim Agentlikdə mənimlə birgə qurub yaradan komandama, həmkarlarıma və bütün dost qurumlara təşəkkür edirəm! İnanıram ki, Agentlikdə yetişdirdiyimiz gənc kadrlar dağ-mədən sənayesinin inkişafı istiqamətində möhtərəm cənab Prezident tərəfindən hədəf kimi qarşımıza qoyulan məqsədlərə çatmaq üçün əlindən gələni edəcək və bu işin layiqli davamçıları olacaqlar".

Samir Qurbanov

 "Yer və İnsan" jurnalının kollektivi Samir müəllimə gələcək fəaliyyətində uğurlar arzulayır!!!