UEFA Millətlər Liqası: Bu gün Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Komandamız Serbiyada Belarus millisi ilə üz-üzə gələcək.

Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü isveçli baş hakim Məhəmməd Əl-Hakim idarə edəcək.

Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.