Məmurlar Bakıda ağacları kəsib şəxsi park yeri düzəltdi – Şok fotolar

Paytaxtın Bülbül prospektində ağaclar kəsilib. 

Yerveinsan.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə Bülbül prospekti, 18. Ünvanında baş verib. Əvvəllər Azərtac Dövlət Agentliyi də bu bunada yerləşib.

Fotolardan da görünür ki, ağaclar elə bu günlərdə kəsilib. Ağacların kəsildiyi yerdə səki bir qədər daraldılıb və orada bir neçə avtomobil üçün şəxsi park yeri salınıb. Başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub də kilidlənib. Bunu kim edib? Hələlik bəlli deyil. Çox güman ki, elə həmin binada yerləşən məmurlardan biri…

Hadisəyə reaksiya verən tanınmış ictimai xadim Azər Qərib bunun bespredelın pik nöqtəsi olduğunu deyib: “50 metr aralıqda yeraltı parkinq var, amma məmur axı xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin. 

Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən?

Bu qədərmi harınlaşma prosesi dərinləşib? 

Görəsən 200 metr aralığda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda? Yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməkləmi bitəcək məsələ?

Şokdayam açığı”.

Fotosessiya