AMEA alimlərin aldadılmasına münasibət bildirib
Azərbaycan Milli Elmlər Akademiyası bir qrup alimin Şuşaya getmək adı ilə aldadılması məsələsinə münasibət bildirib.
AMEA-nın yaydığı xəbərə görə, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, bir qrup alimə qarşı Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur.

