Dövlət İmtahan Mərkəzi üçün yeni bina inşa olunur
Dövlət İmtahan Mərkəzi üçün gələn il 800 nəfərlik iş yeri olan bina inşa olunur. Hansı ki,orada bütün sınaq imtahanları,az həcmdə olan 1000-1500 nəfərin iştirak etdiyi imtahanlar kompüterlə keçiriləcəkdir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə bölgələrdə də belə vəziyyət mövcud olduqdan sonra imtahanları kağız formatından kompüterə keçirə bilərik.
“Biz bu istiqamətdə bir sıra nazirliklər ilə çox sıx əməkdaşlıq edirik”, -deyə o əlavə edib.

