Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 santimetr azalıb

İyunun 13-də Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində suyun səviyyəsi 5, Gəncəçayın Zurnabad məntəqəsində 3, Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr artıb.

Kürəkçayın Çaykənd və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsində 2, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 1 santimetr azalıb. Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Viləşçayın Şıxlar məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 275 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 47 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 96 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 12-də saniyədə 322 kubmetr, maksimal su sərfi iyunun 12-si saat 20:00-da 323 kubmetr/saniyə təşkil edib.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 142 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 84 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 82 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 12-də 153 kubmetr/saniyə, maksimal su sərfi iyunun 12-si saat 08:00-da saniyədə 155 kubmetrə bərabər olub.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 8 santimetr artaraq 396 santimetr, su sərfi isə 152 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 12-si saniyədə 146 kubmetr, maksimal su sərfi iyunun 12-si saat 20:00-da 147 kubmetr/saniyə təşkil edib.

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 171 santimetr olub. Məntəqədə orta səviyyə iyunun 12-də 175 santimetr, maksimal səviyyə isə iyunun 12-si saat 08:00-da 177 santimetrə bərabər olub.

Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 106 santimetr, su sərfi 37,5 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 12-də saniyədə 42,5 kubmetr, maksimal su sərfi isə iyunun 12-si saat 08:00-da 42,7 kubmetr/saniyə təşkil edib.