Allahşükür Paşazadə Londona gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 4-də Böyük Britaniyaya səfərə yola düşür. Səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhməd cənablarının dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məramı dünyada Din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan verəcək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.