Milli parkın mühafizə rejimini pozan şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı milli parkın mühafizə rejimini pozan şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva  bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon Təzəkənd sakini Cəbrayıl Abıyev olduğu müəyyən edilib. Təqsirkar barəsində qanunamüvafiq tədbirlər görülüb.