Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır - MN

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbiçisinin atəş nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.