Anar Eyvazov: Təəssüf ki, bizim də itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək

Ermənistan Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

Bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“Təəssüf ki, bizim də itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o əlavə edib.