Ermənistan ölən və itkin düşən hərbçilərinin sayını açıqladı
                        Ölən və itkin düşən erməni hərbçilərin sayı 207-yə çatıb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasının yekunlarına dair bəyanatda deyilir.
Qeyd edək ki, Ermənistan siyasi-hərbi rəhbərliyi itkilərinin sayını məqsədyönlü şəkildə az göstərir. Əslində isə Ermənistanın canlı itki sayının 450-dən çox olduğu qeyd edilir.//Trend
			
					
                                
                                
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                    
                    
                    
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
