Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb

Sentyabrın 21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarılan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.