Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin məlumatını təkzib edib

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - deyə Müdafiə Nazirliyindən bildirilib.