Sergey Lavrov: Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaların reallaşdırılması üçün KTMT müşahidəçilərindən istifadə etməyin mümkünlüyü müzakirə edilir

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaların reallaşdırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə etməyin mümkünlüyü müzakirə edilir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir deyib: “Hazırda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında, xüsusən, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütövlükdə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq müqavilənin imzalanması haqqında razılaşmaların reallaşdırılması məqsədilə əlverişli şərait yaradılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə etməyin mümkünlüyü müzakirə edilir”.

S.Lavrov əlavə edib ki, MDB tərəfindən dəstək də yaxşı olardı.//AZƏRTAC