Münaqişənin səbəb olduğu insan itkiləri bizi dəhşətə gətirir - Vedant Patel
Bu onilliklərlə davam edən münaqişənin səbəb olduğu insan itkiləri bizi dəhşətə gətirir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı bir çox ailə yaxınlarını itirib.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirərkən deyib.
O qeyd edib: “Təqsirkarlar cavab verməlidirlər. Sülh əldə etmək, yaraları sağaltmaq üçün günahkarlar məsuliyyətə cəlb olunmalıdır.
Biz “həqiqət və barışığ”ın təşviqi istiqamətində beynəlxalq səyləri dəstəkləməkdə davam edirik, bu proseslərin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə biləcəyinə inanırıq.

