Cəfər Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edildi

C.Ə.Hüseynzadənin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2022-ci il