Prezident İlham Əliyev: Azərbaycanın zəngin qaz resursları bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır

Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ilk növbədə biz dost ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik.