Daha 1160 vərəsəyə birdəfəlik ödəmə verilir
Daha 700 nəfər şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə veriləcək…
Bu barədə qərrar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında qəbul edilib. Vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.
Nazirliyin şöbə müdirinin müavini Pərviz Cəfərovun sözlərinə görə, ilin sonuna kimi bütün şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.
Şəhid vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin fərmanlarına əsasən həyata keçirilir.

