Voleybolçularımız Çin Liqasında Bürünc Medal Qazandılar


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında çıxışlarını başa vurublar. 

Çin Liqasında "Şenzen Jonqsay" klubunun şərəfini qoruyan voleybolçularımızın komandası üçüncülük uğrunda "Fujian" klubu ilə qarşılaşıb. İki qələbəyə kimi keçən mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qalib gələn “Şenzen Jonqsay” klubu çempionatın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, qızlarımız komandalarının bürünc medal qazanmasında mühüm pay sahibi olublar.

Hər iki voleybolçumuzu qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayırıq