Daha bir avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 43-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara məxsus daha 14 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.