Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq 86,09 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 80,22 dollar olub.