Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir

Bu ilin yanvar ayı ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məllumatda bildirilir ki, keçirilən əməliyyatlar nəticəsində 154 kq 700 qram narkоtik vasitə və 9490 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 1 milyon 790 min 484 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları və spirtli içkilər saxlanılıb.