BQXK-yə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçib

Ekoaksiya iştirakçıları fevralın 4-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus yeddi minik və yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.