Yarımstansiyadan dəyəri 73 min manatdan çox elektrik avadanlığı oğurlanıb

Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 min 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.