Prezident və Birinci vitse-prezidentin xüsusi tapşırığı - VİDEO
Orta məktəb şagirdi olan Elinanın intiharı ölkə rəhbərliyinin nəzarətindədir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədribildirib ki, Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Komitə sədri deyib ki, bu cür hallarda təkcə məktəb rəhbərliyi deyil, valideynlər də diqqətli olmalıdırlar.
Hicran Hüseynova əlavə edib ki, məsələ ilə bağlı bir çox orqanlara bununla tapşırıqlar verilib. Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyində bununla bağlı ciddi araşdırmalara başlanılıb.
Hicran Hüseynova bildirib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır. Buna görədə məsələni mahiyyətindən çıxardaraq sosial şəbəkələrdə kampaniyalaşdırmağa və ya siyasiləşdirməyə ehtiyac yoxdur.

