Prezident İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı tədbirdə nitq söylədi.
Sonra Prezident İlham Əliyev sərgi ilə tanış oldu.

