Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 16-sı səhər cənub və qərb rayonlarından başlayaraq hava dəyişəcək.

Ayın 18-i axşamadək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. 

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.