Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakıda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

DİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.