Ağcabədidə ölümlə nəticələnən qəza baş verib

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi "VAZ" 2107 markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirirərək yol kənarındakı ağaca çırpılıb.

 
Nəticədə sürücü Y.Tofiqoğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.