Bu tələbələrin təhsil haqlarını Neft Fondu ödəyəcək

Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib.

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqda danışarkən deyib.

O bildirib ki, ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələr ölkəmizdə dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqları Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödəniləcək.