Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
                        Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tvitter hesabında paylaşım edib
Yerveinsan.az paylaşımı təqdim edir: “Bu gün Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günüdür. Bu matəm günündə biz də azərbaycanlı bacı-qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirən bütün şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik“.
			
					
                                
                                
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                    
                    
                    
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
