Azərbaycan millisinin Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.

Yerveinsan.az AFFA-nın saytına istinadən xəbər verir ki, yoldaşlıq oyunları aprelin 18-də və 20-də Skopyedə keçiriləcək.

Yekun heyətdə Ayxan Abbaszadə ("Turan Tovuz"), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı "Qəbələ"), Firudin Kişiyev (EFA), Əhməd Tarverdiyev, Rəşad Alışov, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı "Sabah"), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hər üçü "Sumqayıt"), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hər üçü "Neftçi"), Həsən Nəzərli ("Ankaragücü" Türkiyə), Hikmət Cəbrayılzadə ("Qarabağ"), İslam İsmayilzadə ("Səbail") və Ümid Səlimov ("Şamaxı") yer alıblar.