Fransanın xarici işlər naziri Azərbaycana gəlir
Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycana səfər edəcək.
Yerveinsan.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, XİN başçısı Kolonna aprelin 26-28-də Azərbaycanda və Ermənistanda səfərdə olacaq.
'Bu səfərdə diplomat Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edəcək',-deyə açıqlamada bildirir.

