Ermənistanla danışıqların növbəti raundu keçiriləcək
Mayın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu barədə Yerveinsan.az-a XİN-dən bildirilib.
Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

