Bakı-Qobustan marşrutu üzrə geoloji oçerk

Ağamahmud Səmədov,

Geoloq

Bakıdan təkcə Azərbaycana deyil, bəşər sivi- lizasiyasına aid edilən Qobustan Dövlət Tarixi- Bədii Qoruğuna ziyarətə yola çıxanların əksəriyyəti tezliklə mənzil başına çatmağı arzulayır. İlk baxışda adama elə gəlir ki, yol boyu sol-   da ucsuz-bucaqsız dənizə baxmaq, sağda isə çılpaq, boz təpələr və düzənlikləri seyr etmək sanki adamı yoracaqdır.

Lakin, ziyarətçinin elementar geoloji bilgiləri və doğma yurdun tarixi ilə tanışlığı olarsa bu səfər ona bütövlükdə bir bayram əhval-ruhiy- yəsi bəxş edəcəkdir!

Əgər biz Bakının qərbindəki Badamdar yük- səkliyindən (175,7m) üzümüzü dənizə tutaraq baxsaq Bakı muldasının qarşımızda açılmış fü- sunkar mənzərəsini seyr etmiş olarıq. Geoloji baxımdan o, cənub-şərqə doğru əyilmiş sinkli- nal qırışıq şəklindədir. Şərqdən Qaraçuxur-Zığ, qərbdən isə Bibibiheybət antiklinal qırışıqlığı arasında yerləşir. Hər iki antiklinal qırışıq neft- qaz yataqları saxlayır. Muldanın quruluşunda iştirak edən geoloji törəmələr əsas etibari ilə əhəngdaşları qatları ilə növbələşən gilli-qumlu süxurlardan ibarətdir. Əhəng daşları mulda ət- rafında sanki rəf əmələ gətirirlər.

Şəhərin, yaxud muldanın mərkəzi hissəsi pil- lə-pillə məhşur Bakı buxtasına enir. Buraya çox zaman Bakı amfiteatrı da deyilir.

...Budur, qarşınızda Bibiheybət neft yatağının buruqları canlanır. Qeyd etmək yerinə düşər ki, məhz bu yataq sahəsində 1848-ci ildə dünya- da ilk mexaniki neft quyusu qazılmışdır. Yatağın geoloji quruluşunda pliosen-antropogen yaşlı çöküntülər iştirak edir. Qırışıqlığın mərkəzində isə palçıq vulkanı yayılmışdır.

Bakı buxtasının cənub-qərb hissəsində, Ba- yıl burnu adlanan yerin yaxınlığında yerləşən

və hazırda dəniz suyunun altında qalmış, XIII əsrdə inşa edilmiş olan tarixi memarlıq abi- dəsi - Bayıl qalası Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl abidələrindəndir. Bayıl qa- lası Xəzər dənizinin səviyyəsinin qalxıb-enmə- si nəticəsində gah dənizin üzərinə çıxır, gah da sulara qərq olur.

Qala mənbələrdə müxtəlif adlarla, “Sualtı şəhər”, “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara” və s. adlansa da, daha çox “Ba- yıl qəsri” adı ilə tanınır. Qalanın uzunluğu 180 m, eni 35 m-dir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan olduqca qarışıq bir vaxtda - Monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda başa çatmışdı. Təəssüf ki, sahilə yaxın olan bu qəs- rin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qəsrdəki daş lövhələr üzərində unikal kəsmə yazılar və təsvirlər qeyd olunmuşdur. Rəsmlə- rin yanında dərin relyefli, iri şriftli ərəb yazıları, real insan rəsmləri həkk edilmişdir.

Bakıdan çıxarkən, Bibiheybət qəsəbəsinin şi- mal-qərbində yerləşən çox maraqlı bir  geo-  loji abidə ilə tanış ola bilərik. Bu abidə “Bakı Mərtəbəsi” adlanır. Bakı Mərtəbəsinin çö- küntülərini ilk dəfə 1891-ci ildə İsveç geoloqu H.Şöqren ayırmışdır. Yaşını isə N.Andrusov və D.Qolubyatnikov təyin etmişlər. Bakı Mərtəbə- si az duzlu su hövzəsi şəraitində əmələ gələn boz rəngli qumlu, çaqıllı detritli əhəngdaşların- dan, gillərdən, qumlu gillərin, əhəngdaşlarının və qumların növbələşməsindən ibarətdir.

Bu çöküntülər bilavasitə Bakı şəhəri yaxınlı- ğında yerləşdiyinə görə adını da oradan almış- dır. Dağ yamacında alt Abşeron çöküntülərinin 70 m qalınlığı olan klassik çöküntüləri yayılıb və dünya geoloji ədəbiyyatına stratotip kəsiliş kimi daxil olmuşdur. Hələ Sovet Azərbaycanı vaxtın- dan Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart 1982-ci il tarixli, 167 saylı qərarı ilə Nadir Geo- loji Abidə kimi xüsusi mühafizə olunan ərazilər sırasına daxil edilmişdir.

Avtomobillə səyahət edən ziyarətçini qarşıda bir-birindən maraqlı mənzərələr, yadda qalan hadisələr gözləyir. Bunlardan biri də Lökbatan qəsəbəsinin yanında yerləşən eyniadlı neft ya- tağı və palçıq vulkanıdır. Bu yataq 1932-ci ildə palçıq vulkanı sahəsində aşkar olunmuşdur. Yataq kəşf olunan zaman 62 saylı buruq quyu- sunda II horizontdan debiti sutkada 1000 t olan yüngül neft fontan vurmuşdur. Bir il sonra isə 45 saylı buruq quyusu IV horizontdan ağlasığ-


maz miqdarda - debiti sutkada 20 min ton (!) olan neft fontan vurdu!

Bu buruq quyusu vulkanın kraterindən 1500 m cənubda palçıq vulkanı brekçiyasının örtüyün- də qoyulmuşdur. Burada Məhsuldar qatın bütün kəsilişi boyu neft-qazlılıq təyin olunmuşdur.

Yatağın geoloji quruluşunda pliosen-antropo- gen yaşlı çöküntülər iştirak edirlər. Lökbatan neft-qaz sahəsində eyniadlı palçıq vulkanı, ya- xınlığında isə neftçilərin məşhur Lökbatan qə- səbəsi yerləşir.

Vulkan zirvəsində günbəzəbənzər yüksəklikdə (86m) iki təpə yerləşir. Buruq-qazma işlərinin məlumatlarına əsasən vulkan brekçiyasının qa- lınlığı 150 m olmaqla 425 ha sahəni əhatə edir. Vulkanın kənarlarında pleystosen yaşlı terras inkişaf tapıb, həmçinin burada Abşeron mərtə- bəsi əhəng daşlarının sıra təpəcikləri və Məh- suldar qatın qumdaşları yayılmışdır. Vulkan an- tiklinal qırışıqlığın qübbəsində yerləşir.

Ümumiyyətlə, Lökbatan vulkanı  dünyanın ən böyük və aktiv palçıq vulkanlarından biri- dir. Bu vulkan püskürmənin intensivliyinə gö-  rə “dünya rekordu” qazanıb. 1828-ci ildən bəri vulkan 18 dəfə püskürmüşdür.

Ən güclü vulkan püskürmələri 1887; 1935; 1954; 1972 və 1977-ci illərə təsadüf edir. 1977-ci ilin oktyabr ayında baş vermiş püskür- mə zamanı ətrafa 30 mln.m3 təbii qaz və 140 min m3-dan artıq palçıq vulkanı brekçiyası atıl- mışdır.

Vulkanın püskürdüyü bərk cismlər arasında paleogen-miosen yaşlı neftli terrigen və karbo- nat süxurları aşkar olunmuşdur.

Lökbatan palçıq vulkanının fəaliyyəti neftin lay təzyiqinə və məhsuldarlığa zəif təsir edirdi.

Haqqında danışılan neft yatağından çox böyük miqdarda neft və qaz hasil olunmuşdur. Məşhur 45 saylı quyu isə hələ də neft verir. Deməli, vul- kanın “kökü” daha dərində yerləşir.

Qaradağ ərazisinə yaxınlaşdıqca yenidən bir sıra fəaliyyətdə olan palçıq vulkanları nəzərə çarpır. Bunların da sırasına Qaradağ-Axtarma, Torpaqlı-Axtarma və Otmanbozdağı aid edilir. Ərazi geniş vadidən ibarətdir və mərkəzi hissə- si köhnə sopka brekçiyası axınlarının, Torpaqlı- Axtarma və Axtarma palçıq vulkanlarının geniş konusunun təşkil etdiyi bəndvari yüksəklik şək- lindədir.

Qaradağın geoloji quruluşunda Neogen və Dördüncü dövr sisteminin çöküntüləri iştirak edirlər. Tektonik cəhətdən vulkanlar Məhsuldar qat çöküntülərindən ibarət strukturun ön hissə- sini tuturlar. Qaradağ sahəsi asimmetrik quruluşa malik antiklinal qalxmadan ibarətdir.

Bu qrupa aid olan Otmanbozdağ palçıq vul- kanı Qaradağ dəmiryol stansiyasından şimal- qərbdə yerləşir. Yüksəkliyin mərkəzi hissəsini diametri 300 m olan vulkan krateri tutur. Kəsik konus şəklində olan kraterin kənarları 6 m hün- dürlüyündə bəndlə hüdudlanmışdır. Onun dik yamacları dərin yarğanlarla kəsilmişdir. Otman- bozdağın qrifon və salzaları iki qrupdan ibarət- dir.

Mütləq yüksəkliyi 400 m-ə yaxın olan bu pal- çıq vulkanının nəhəng kütləsi ətraf ərazilərdən kəskin seçilir və dünyanın ən iri palçıq vulkanla- rından biri hesab olunur. Vulkanın kütləsi Abşe- ron mərtəbəsinin çöküntülərinin üzərində yatır. Otmanbozdağın konusunun yamacları intensiv yuyularaq dərin dərələrlə parçalanmışdır. Də- rələr çox zaman konusun başından başlayaraq radial şəkildə ayrılırlar. Otmanbozdağ müasir dövrün ən fəal palçıq vulkanlarından biridir. Onun püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır. Otmanbozdağ bir neçə də- fə daha fəal püskürmüşdür (1845, 1904, 1922, 1951 və 1965-ci illər). Sopka brekçiyasının tut- duğu sahə 10 km2-dən artıqdır.

Qobustan qəsəbəsinə yaxınlaşarkən yolun so- lunda Böyük Kənizədağ palçıq vulkanının əzəmətli panoramını görürük. Vulkan Bakı şə- hərindən cənub-qərbdə, Səngəçal və Duvannı dəmiryol stansiyaları arasında yerləşir. Eyni za- manda o, ətraf düzənlikdə kəsik konus şəklində yüksələn iri oroqrafik vahiddir. Onun yamacları təpəsindən başlayaraq radial istiqamətdə uzanan, dik və uçurum divarlı yarğanlarla kəsilmiş- dir. Vulkanın özülünün diametri 2 km-ə çatır. Krater bəndi üzərində fəaliyyətdə olan bir və sönmüş iki qrifon vardır.

Vulkan yerləşən rayon tektonik cəhətdən şi- mal-qərbdən şimal-şərqə uzanan braxiantikli- nal qırışıqdan ibarətdir. Vulkanın sopka brekçi- yasının tutduğu sahə 980 ha, örtüyün qalınlığı 100-150 m-dir. Bu qalınlıq orta hesabla 75 m qəbul edilərsə belə brekçiyanın ümumi həcmi 735x106 m3-ə bərabər olacaqdır.

Böyük Kənizədağdan çox da  uzaq  olmayan bir yerdə, Ceyrankeçməz depresiyasının cə- nub hissəsində, Duvannı dəmiryol stansiyasın- dan qərbdə Kiçik Kənizədağ palçıq vulkanı yerləşir. Bu vulkan kəsik konus şəklində olan yüksəklikdən ibarətdir. Hazırda vulkan üzərində fəaliyyət göstərən qrifon və salza yoxdur. Ye-  ni palçıq vulkanı dilləri müşahidə edilmir. Vul- kanın yamacları dərin qobularla kəsilmişdir. Sopka brekçiyasının tutduğu sahə 1400 ha-ya bərabərdir. Sopka örtüyünün orta qalınlığı qaz- ma məlumatlarına əsasən 50 m-dir. Vulkan tə- rəfindən çıxarılmış sopka materialının həcmi 700x106 m3 hesablanmışdır.

Beləliklə, biz Abşeron yarımadasının Bakı-Qo- bustan istiqamətində olan ən maraqlı palçıq vulkanları ilə ötəri tanış olduq.

Ümumiyyətlə, palçıq vulkanizmi geologiya el- minin ən mühüm problemlerindən biridir. Bəs palçıq vulkanları harada yayılmışdır?

Maqma mənşəli vulkanlarla heç bir genetik əlaqəsi olmayan palçıq vulkanları Yer kürəsində maqmatik vulkanlara nisbətən məhdud şəkildə yayılmışlar. Onlar əsasən Rumıniya, Hindistan və digər ölkələrdə yayılmışlar.

Azərbaycan palçıq vulkanlarının vətənidir. Onun şərq hissəsində və Xəzərin Azərbaycana aid akvatorisində 300-dən artıq palçıq vulkanı qeyd olunur. Bu vulkanlar da morfoloji cəhət- cə müxtəlif olmalarına, görünüşlərinə və təza- hür formalarına görə (hərəkətdə olan, sönmüş, neftli və s.) ayrılırlar. Onların içərisində çoxlu gözəl, əzəmətli palçıq vulkanları vardır.

Beləliklə, biz doğma vətənimizin bir parçasın- da, təbiətin nadir möcüzəsi olan müxtəlif for- malı palçıq vulkanları ilə tanış olduq və bizdə bu barədə geniş və unudulmaz bir təəssürat yarandı...

...Məncə artıq yaxınlığında olduğumuz və ulu əcdadlarımızın açıq səma altında yaratdıqları möcüzəni - Qobustan Dövlət Tarixi-Bədii Qoru- ğunu ziyarət etmək zamanıdır. Qobustan qəsə- bəsindən bir qədər şimalda, eyni adlı Dövlət ta- rixi-bədii qoruğu-qədim babalarımızın yaşayış məskəni yerləşir.


Qoruq Böyükdaş, Kiçikdaş, Cingirdaş sahələ- rini və Yazılı təpəni əhatə edir. Adları çəkilən yerlər altında gilli törəmələr yatan, Abşeron mərtəbəsinin qalın əhəng daşlarından təşəkkül tapıb. Gilli törəmələrin eroziyaya həssas olma- sına rəğmən əhəng daşları çoxsaylı daş qalaq- ları olan uçurumlu yamaclar, 20-dən artıq bö- yük və kiçik mağaralar, boşluqlar və talvarlar yaratmışlar.

Bunların içərisində ən məşhurları Ovçular za- ğası, Kəniza zağası, Ana zağa olmaqla mezolit mədəniyyətini-daş əmək alətlərini saxlayırlar. Qobustanda aşkar olunmuş qayaüstü  rəsm-  lər həmçinin daş dövrünə (mezolit-neolit) aid olan arxeoloji tapıntılar, bürünc dövrü və son- rakı dövrlərə aid edilən yaşayış məntəqələri və məzarlar qədim dünyanın insanlarının həyat tərzi, təsərrüfat vərdişləri və mənəvi aləmi ba- rədə bizdə real təsəvvür yaradır. Qədim mad- di-mədəniyyət abidələri Azərbaycanın şərq his- səsində iqlim xüsusiyyətləri, həmçinin fauna və florası barədə dolğun məlumat verir. Tematik planda Qobustanın qayaüstü rəsmləri növmüx- təlifliyi ilə səciyyələnir. Kompozisiyalar kollek- tiv əməyi, yallı rəqsini, vəhşi heyvanları ovlama səhnələri, heyvanların döyüşünü çox gözəl əks etdirir.

Bundan başqa qayalara silahlı süvarilər, əlin- də nizə olan insanlar, dəvə karvanları, həmçinin bizim eranın I əsrində yaşamış Roma impera- toru Dominisianın dövrünə aid olan qədim latın etnoqrafik abidəsi də həkk olunmuşdur.

Qayaüstü rəsmlərin ən vacib özəlliyi onların realist icrası və formalarının proporsional olma- sı ilə xarakterizə olunur. Rəsmlər içərisində ən çox diqqəti e.ə. X-VII min illiyə aid edilən rəsm- lər özünə cəlb edir. Onlar qayalara siluet forma- sında - əks barelyef şəklində həkk edilmişlər.

Qədimliyinə görə ikinci yeri (e.ə. VII-VI min illik) öküzlərin döyüşü həkk olunmuş rəsmlər tutur. Bu rəsmlər xeyli böyükdürlər, real planda əks olunublar.

Beləliklə, biz qədim əcdadlarımızın məskən- lərindən biri olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ziyarətimizi başa vurduq. Ulu baba- larımızın qədim dünyanın ən mükəmməl sənət əsərləri ilə yarışmağa layiq olan belə bir möh- təşəm abidə yaratdıqlarına görə qürur duyduq. Eyni zamanda Azərbaycanımızın Xüsusi Mühafi- zə Olunan Təbiət Əraziləri Siyahısına daxil edil- miş əzəmətli, nadir geoloji abidələrlə - palçıq vulkanları ilə, Bakımızın qədim neft yataqları  və b. maraqlı hadisələrlə tanış olmağımız bizdə bütün ömrümüz boyu unudulmayacaq təəssü- rat oyatdı.

Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013