“Günay Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib

“Günay Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib.

Bakı Fond Birjasından Yerveinsan.az-a-a bildirilib ki, Listinq Komitəsi tərəfindən listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “Günay Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan AZ1003000168 ISIN kodlu qiymətli kağızının delistinq edilməsi qərarı alınıb. Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.

Qeyd edək ki, “Günay Bank” ASC-nin lisenziyası mayın 17-dən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.