Polis iṣçisi qida zəhərlənməsindən vəfat edib

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

Yerveinsan.az DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

 Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.