Göygöldə bir nəfəri sel aparıb

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

Bu barədə Yerveinsan.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir