SOCAR ilə BP arasında neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Yerveinsan.az-a bildiriblər ki, görüşdə iki şirkət arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.