Ələt qəsəbəsində evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Ələt qəsəbəsində evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.