İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yerveinsan.az-a bildirilib ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.

Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb edilib.