Pensərçay çayı daşıb, bir neçə kəndlə əlaqə kəsilib

Astarada Pensərçay çayı daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

Ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Əldə etdiyimiz məlumata görə, bir neçə kənddə körpüləri sel aparıb, gediş - gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir.