Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hazırəhmədli kənd sakininə məxsus 1 baş iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Xəyal İsmayılov və Altay Məmmədov vətəndaşın həyətyanı sahəsinə qeyri-qanuni yolla daxil olaraq oradakı tövlədən dəyəri 1000 manat olan iribuynuzlu mal-qaranı oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.