FHN-in rəhbərliyi tərəfindən Şəki, Zaqatala və Balakəndə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Şəki, nazirin birinci müavini Rəfail Mirzəyevin Balakən və nazir müavini Etibar Mirzəyevin iyunun 14-də Zaqatala şəhərlərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.