Yevlaxda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlərlə qanunsuz saxlanılan silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 müxtəlif kalibrli ov silahı təhvil götürülüb.

Bundan başqa, keçirilən digər tədbirlə sanitariya və gigiyena qaydasının pozulması, tullantıların urnalardan kənara atılması halı da aşkarlanıb. Ərazinin zibillənməsi halı ilə bağlı cavabdeh şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.