Ağcabədidə odlu silahlar götürülüb

Ağcabədidə odlu silahlar götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri tədbirlər nəticəsində rayon ərazisindən 1 ədəd yivli silah tapılaraq müvafiq qaydada götürülüb.

Bundan əlavə qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsinin təmin olunması istiqamətində də profilaktiki tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən daha 2 müxtəlif kalibrli odlu silah da təhvil götürülüb.