Ceyhun Bayramovla Lavrovun görüşü keçirild

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında görüş keçirilib.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən, regionda mövcud vəziyyət müzakirə edilib.

Qeyd edək ki, Ceyhun Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə gedib. Səfər zamanı nazirin görüşdə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı planlaşdırılır.